"Ağ-yaşıllar" yeni mövsümə hazırlaşır
Azərbaycan Premyer Liqasının I turu çərçivəsində avqustun 4-də “Sumqayıt”la səfərdə üz-üzə gələcək “Xəzər Lənkəran” mövsümün ilk matçına hazırlıq məqsədi ilə ikitərəfli yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, əvəzedici heyətdən 4-5 futbolçu əsas heyətə dəvət olunacaq və komanda iki hissəyə bölünəcək.
İki tərəfli oyunda baş məşqçi Con Toşak müxtəlif taktiki gedişləri yoxlamaq niyyətindədir.
Qeyd edək ki, ikitərəfli yoxlama oyunu avqustun 1-də saat 10:00-da stadionun yardımçı meydançasında baş tutacaq. (12cioyuncu.info)
saytlarin hazirlanmasi