Komandanın futbolçuları ikitərəfli yoxlama oyunu keçirib
“Sumqayıt”la səfər oyunu öncəsi Lənkəranda məşqlərini davam etdirən “Xəzər Lənkəran” bu gün əsas meydanda ikitərəfli yoxlama oyunu keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvəzedici heyətin 5 futbolçusunun da daxil olduğu qatışıq heyət 45 dəqiqə ərzində bir-birinə qarşı mübarizə aparıb.
Əsasən gənc futbolçuların toplaşdığı komanda Nildonun qolu ilə məğlub duruma düşsə də son dəqiqələrdə Ağabala Ramazanovun penalti zərbəsi ilə bərabərliyi saxlaya biliblər. Sabah komanda daha bir belə iki tərəfli oyun keçirəcək.
saytlarin hazirlanmasi