Klub transfer barədə açıqlama yayımlayıb
"Qalatasaray"ın gənc qolçusu Sercan Yıldırım, "Şanlıurfaspor"a müvəqqəti olaraq transfer olub.
Sportal.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-qırmızılı idman klubuna böyük ümidlərlə transfer olan Sercan Yıldırım "Şanlıurfaspor"a göndərilib.
"Qalatasaray" transfer barədə açıqlama yayımlayıb:
“Professional futbolçularımızdan Sercan Yıldırımın 2013-2014 futbol mövsümündə "Şanlıurfaspor" klubuna 150.000 avro qarşılığında müvəqqəti transferi mövzusunda razılaşma imzalanıb. Oyunçu ilə şirkətimiz arasındakı müqavilə 2016-2017 mövsümü sonuna qədər uzadılıb. Həmin mövsümdə futbolçuya 700.000 avro sabit transfer ödənişi və 8.500 avro matç başına ödəniş ediləcək”.
saytlarin hazirlanmasi