"Əgər Azərbaycana gəlsəm, keçmiş klubuma xeyir verəcəyimə inanıram"
"Azərbaycanda, konkret "Xəzər Lənkəran"da işləmək kimi bir niyyətim var. Bu alınsa əla olar".
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın keçmiş futbolçusu, hal-hazırda menecerliklə məşğul olan Mario Souza deyib. Cənubluların ən yaxşı legionerlərindən olmuş Souza "Xəzər Lənkəran"a xeyir vermək istədiyini bidirib:
"O mənim doğma komandamdır. Düzdü, variant var ki, mən yenidən oraya qayıda bilərəm. Əgər bu alınsa, sabiq komandama xeyir verəcəm".
saytlarin hazirlanmasi