Bu dəfə Nildo, Benouahi və Tounkara

13:39 - 2 Avqust 2013

"Xəzər Lənkəran" Bakıya gəlir

 

Bu gun Bakıya səfər öncəsi “Xəzər Lənkəran” səhər məşqi yerinə dünən olduğu kimi 50 dəqiqədən ibarət  ikitərəfli oyun keçirib.

 

Sportal.az xəbər verir ki, əvəzedici heyətin bəzi futbolçularının da qatıldığı oyunda əsas heyət gözü ilə baxılan komanda 3-0 hesabı ilə qalib gəlib. Duqlas Leyte ilk olaraq Nildonun penalti zərbəsini dəf etməyi bacarsa da, sonrakı dəqiqələrdə braziliyalı forvard Leyteni məyus etməyi  bacarıb. Mərakeşli futbolçu Zoahir Benouahi də aşırma vuruşu ilə fərqlənib. Son dəqiqələrdə Tounkara fərqlənməklə ikitərəfli oyunda son nöqtəni qoyub. Bu gun saat 13-də Lənkəranı tərk edəcək “Xəzər Lənkəran” “Sumqayıt”la səfər oyunu üçün Bakıya yola düşüb paytaxtda məskunlaşacaq.

Xəbər xətti