"Ağ-yaşıllar" sabah "Sumqayıt"la qarşılaşacaq
Premyer Liqanın I turu çərçivəsində sabah, avqustun 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda yerli “Sumqayıt” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.
Sportal.az xəbər verir ki, dünən doğma şəhəri tərk edərək Bakıya yollanan komanda paytaxtın “Modern” otelində məskunlaşmışdır. “Xəzər Lənkəran” oyun öncəsi son məşqini qarşılaşmanın baş tutacağı arenada keçirəcək. Əldə edilən digər məlumata görə isə klubun ofisində Mbilya Etame ilə danışıqlar davam edir. Danışıqların sonu müsbət nəticələnərsə kamerunlu hüçumçu ilə iki illik müqavilə imzalanacağı gözlənilir.
12cioyuncu.info
saytlarin hazirlanmasi