"Xəzər Lənkəran"ın oyunöncəsi son məşqi FOTOLAR

11:12 - 4 Avqust 2013

Mbilla Etame komanda yoldaşlarına təqdim olundu

 

Premyer Liqanın 2013/2014-cü il mövsümünün ilk turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün Sumqayıt şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.

 

Sportal.az xəbər verir ki, bir saat davam edən hazırlıqda futbolçular taktiki çalışmaları yerinə yetiriblər. “Xəzər Lənkəran”ın yeni transferi Mbilla Etame baş məşqçi Con Toşak tərəfindən məşqin sonunda komanda yoldaşlarına təqdim olunub.

 

Xəbər xətti