Madrid "Atletiko"sundan Rizeyə gəldi

14:14 - 4 Avqust 2013

Gənc oyunçu karyerasını Türkiyədə davam etdirəcək
 
Türkiyə Superliqasının yeni komandalarından “Çaykur Rizespor” heyətini gənc futbolçu ilə gücləndirib. 
 
Sportal.az xəbər verir ki, əsas liqaya vəsiqə qazanan klub Madrid “Atletiko”sunun B komandasında çıxış edən Cenk Güvənçi heyətinə qatıb. Klubla futbolçu arasında iki illik müqavilə imzalanacaq. Türkiyənin gənclərdən ibarət milli komandasının üzvü ilə imza mərasimi Rizedə keçiriləcək. 
 
Qeyd edək ki, 21 yaşlı oyunçu 2009-2012-ci illərdə “Qaziantepspor”da forma geyinib.  

Xəbər xətti