"Komandam xəstədi"
“Komandamız xəstədi. Komandanın üzərində çalışıb, həmin xəstəliyi götürmək lazımdı”.
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. Uelsli çalışdırıcı matçdan sonra açıqlamasında bunları deyib:
“Heç nədən qol buraxdıq. Bu Milad bayramı öncəsi rəqibə hədiyyə idi. Bizim də xeyli imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. “Sumqayıt”a hörmətlə yanaşırıq, amma bizim qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdı”.
saytlarin hazirlanmasi