Növbəti turun hazırlaqlarına sabah başlanılacaq
Premyer Liqanın 2013/14 mövsümünün ilk turu çərçivəsində səfərdə keçirilən matçda “Sumqayıt” klubu ilə 1:1-lik heç-heçə edən “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün, avqsutun 5-də istirahət edəcək. Sabah səhər saatlarında Bakıda bir araya gələcək “Xəzər Lənkəran” , paytaxtın “Modern” otelinin qarşısından saat 10:00-da Lənkərana yola düşəcək. Günorta saatlarında doğma şəhərə çatacaq komanda, saat 18:00-da stadionun yardımçı meydançasında məşqə çıxacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” komandası Premyer Liqanın II turu çərçivəsində avqust ayının 11-də “Simurq” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək.
saytlarin hazirlanmasi