Nildo: "Bu, "Xəzər Lənkəran" üçün pis nəticədir"

12:41 - 5 Avqust 2013

"Qısa müddətdə daha da yaxşı oynayacağıq"
 
"Xəzər Lənkəran" üçün bu nəticə pis nəticə hesab edilir. Biz bundan da yaxşısını etməli idik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın hücumçusu Junior Nildo deyib. Nildo uğursuluğun səbəblərini belə izah edib:
 
"Ancaq bu futboldur, hər şey ola bilər. Komandada yorğunluq hiss olunurdu. İndi bütün fikrimizi növbəti oyuna yönəltməliyik. "Xəzər Lənkəran"da heç bir problem yoxdur. Qısa müddətdə daha da yaxşı oynayacağıq"
 

Xəbər xətti