Futbolçular təlim-məşqlərdə iştirak edəcək
Avqustun 14-də Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində Malta milli komandasını qəbul edəcək.
Sportal.az xəbər verir ki, oyunöncəsi keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün dəvət olunan futbolçuların siyahısı məlum olub. Siyahıda 3 "Xəzər Lənkəran" təmsilçisi də var. Bunlar kapitan Rahid Əmirquliyev, həmçinin müdafiəçilər Rasim Ramaldanov və Elnur Allahverdiyevdir.
Bundan əlavə, 21 avqust tarixində Loveç şəhərində Bolqarıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək U-21 yığmasının da heyətinə komandamızın iki üzvü çağırılıb - qapıçı Orxan Sadıqlı və hücumçu Ağabala Ramazanov. Kamran Abdullazadə və Elnur Cəfərovun adları isə müvafiq olaraq U-19 və U-17 milli komandalarının siyahılarında yer alıb.
saytlarin hazirlanmasi