Kapitanlıq portuqaliyalı futbolçuya verildi
İbrahim Toramanın kapitanlıqdan imtina etməsindən sonra “Beşiktaş”ın yeni kapitanı məlum olub.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Slaven Biliç kapitanlıq sarğısını Manuel Fernandesə həvalə edib. Portuqaliyalı futbolçu ilə görüşən məşqçi “3 il “Beşiktaş”dayam, sən də kapitanımsan. Hamı sənə hörmət edir. Klubla bağlı böyük planlarım var. Sənin də bizimlə bərabər böyük işlərə imza atacağını bilirəm” deyib. Fernandes də bu təklifi böyük məmnuniyyətlə qəbul edib.
saytlarin hazirlanmasi