İlkin razılıq əldə olunub
Avroliqadakı uğursuzluğu azarkeşlərinə unutdurmaq və yubiley ilində Premyer Liqada, eləcə də ölkə kubokunda uğur qazanmağı qarşısına məqsəd qoyan “Xəzər Lənkəran” transfer çalışmalarına nəhayət ki, daha çox diqqət ayırmağa başlayıb.
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” klubu hazırda İspaniyanın La Liqasında çıxış edən bir futbolçu ilə danışıqlara başlayaraq tranfser bombasını partlatmaq niyyətindədir. Xəbərin gizlin saxlanılmasına çalışılsa da sonradan klub rəsmiləri tərəfindən təsdiq edildiyini də bildirək.
Qeyd edək ki, iki gündür davam edən danışıqların nəticəsi olaraq artıq ilkin razılaşma əldə olunub. Həftənin sonuna qədər yekunlaşacaq danışıqların qarşılıqlı anlaşma ilə bitəcəyi təqdirdə son bir neçə mövsümü La Liqada çıxış edən futbolçu ilə iki illik müqavilə imzalanacağı gözlənilir.
mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi