Mbilla Etame də komanda ilə birgə məşqdə iştirak etdi
“Sumqayıt” ilə mövsümün ilk oyunu sonrası “Xəzər Lənkəran”a verilən istirahət bitib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bir günlük istirahətdən sonra dünən Lənkərandakı bazasında toplaşıb. Saat 18:00-da isə “Xəzər Lənkəran” ehtiyat meydançada məşqə çıxaraq bir saat müddətində hazırlıq keçdi və yeni transfer Mbilla Etame də komanda ilə birgə məşqdə iştirak etdi. Bu gün isə “Xəzər Lənkəran” gün ərzində bir məşq planlaşdırır ki, hazırlıq saat 18:00-da baş tutacaq. Hazırda komandada yalnız Vanderson Skarduelli yüngül zədədən əziyyət çəkir. Braziliyalı müdafiəçi fərdi məşqlərlə kifayətlənir.
saytlarin hazirlanmasi