Con Toşak 3 milyon avroluq Benitesi istəyir?

15:59 - 7 Avqust 2013

"Saroqosa"nın futbolçusu Azərbaycana gələ bilər
 
“Saraqosa”nın futbolçusu Antonio Benites Azərbaycandan təklif alıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sportal.az xəbər verir ki,  Apono ləqəbli futbolçuya Rusiya, Ukrayna, Braziliya, Türkiyə və Azərbaycan klublarından təkliflər var. Onun Türkiyədən “Sivasspor”un hədəfində olduğu deyilir. İspan şhəmkarlarımız Benitesin transfer qiymətini də açıqlayıb – 800 min avro. “Transfermarkt” isə bu futbolçuya 3 milyon avro qiymət qoyub.
 
Xatırladaq ki, dünən “Xəzər Lənkəran”ın İspaniya La Liqasından futbolçu transfer etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Apononun çıxış etdiyi “Saraqosa” da məhz ötən mövsüm La Liqada çıxış edib və 20-ci yeri tutaraq Sequndaya yuvarlanıb. Bəlkə Con Toşakın İspaniyadan istədiyi futbolçu məhz elə Antonio Benitesdi.
 
Qeyd edək ki, Apono 2011-2013-cü illərdə çıxış etdiyi “Saraqosa”da 49 oyun keçirərək 14 qol vurub. 29 yaşlı ispan yarımmüdafiəçi əvvəllər İspaniyanın “San Pedro” (2003-2004), “Marbella” (2004-2007, 84 oyun, 13 qol) və “Malaqa” (2007-2012, 120 oyun, 15 qol) klublarında forma geyinib.

Xəbər xətti