"Xəzər Lənkəran" iki itki ilə son məşqinə çıxdı

14:43 - 10 Avqust 2013

"Ağ-yaşıllar" sabah "Simurq"u qəbul edəcək

 

Sabah 2013-2014 mövsümünün II turu çərçivəsində Zaqatalanın “Simurq” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, saat 12-də əsas meydanda baş tutan məşqdə zədəsi olduğundan qapıçı Duqlas Leyte və ailə problemləri səbəbindən Elnur Abdullayev  iştirak edə bilmədi. Digər futbolçular isə saat yarım ərzində taktiki çalışmalar və ev tapşırıqları üzərində məşqçilər korpusunun verdiyi göstərişləri yerinə yetirdilər.

 

Xatırldaq ki, “Xəzər Lənkəran”-“Simurq” oyunu sabah saat 20-də başlayacaq və matça giriş pulsuz olacaq.

Xəbər xətti