"Xəzər Lənkəran"ın futbolçuları azarkeşlərlə görüşdülər FOTO

22:46 - 10 Avqust 2013

Futbolçular qələbə üçün vuruşacaqlarına and içdilər

 

Bu gün “Xəzər Lənkəran”ın futbolçularından Adrian Skarlatake, Vanderson Skarduelli, Orxan Sadıqlı və Rasim Ramaldanov  klubun fəal azarkeşlərdən bir qrupu ilə görüş keçirdi.

 

Sportal.az xəbər verir ki, mətbuat konfransı salonunda baş tutan görüş saat 19-da başladı və giriş sözü ilə çıxış edən “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bu görüşü keçirməkdə komandanın düşdüyü uğursuzluq zolağından çıxmaq üçün futbolçulara əlavə motivasiya vermək, azarkeşlərin ürəyində olan sözlərin futbolçulara çatdırmaqda körpü rolunu yaratmağı və ən əsas “Simurq”la görüşün dönüş oyunu olmasını bütöv camiə olaraq dərk etməkdə olmasını əsas məqsəd olduğunu bildirdi. Daha sonra azarkeşlərdən Asif Əhmədov, Rövşən Əsədov, Ramal Novruzov, ağsaqqal azarkeşlərdən Raqib və Arif dayı çıxış edərək futbolçulara inandıqlarını, bütün komandanın tək yumruq kimi birləşib sabah qələbə üçün meydanda döyüşmələrini istədilər.

 

Azarkeşlərin təklif və iradlarını səmimiyyətlə qəbul edən futbolçular onların istəklərini digər futbolçu yoldaşlarına çatdıracaqlarına söz verib ardıcıllıqla öz fikirlərini də çatdırdılar. Sonda görüşdə iştirak edən futbolçular meydanda qələbə üçün vuruşacaqlarına and içdilər. 

Xəbər xətti