"Komandam yaxşı mübarizə apardı"
"Rəvan" mübarizə aparan bir komandadır. Onlarla oyunumuz hər zaman çətin olub. Bu gün də bizə çətin anlar yaşatdılar".
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib. İmamverdiyev oyunun gedişatında zədələnməsinə də aydınlıq gətirib:
"Rəvan"ın müdafiəçisinin dizi ayaq əzələmə tuş gəldi. Həkimlərin müayinəsindən sonra meydana qayıtdım, amma ayağımda ağrılar hiss etdiyim üçün əvəzlənməyimi istədim. Daha sonra məlum oldu ki, zədəm elə də ciddi deyil".
saytlarin hazirlanmasi