Alvaro Silva: "0:0 hesablı heç-heçə biabırçılıqdı"
“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva Premyer Liqanın 2-ci turunun “Simurq”la oyunu haqqında öz fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, feysbuk hesabından paylaşdığı açıqlamasında bunları qeyd edib:
“0:0 hesablı heç-heçə biabırçılıqdı . Biz sadəcə qələbə qazana bilmədik. Hələ də özümüzə gələ bilmirik. Lakin buna çox tez bir zamanda nail olmağımıza inanıram. Növbəti oyunda qələbə qazanmalıyıq”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ı 3-cü turda “Qarabağ”la səfər oyunu gözləyir.