Mbilla "Xəzər Lənkəran"da ilk qolunu vurdu

13:28 - 14 Avqust 2013

Futbolçu əvəzedici komandaya qarşı fərqləndi

 

Bu gün “Xəzər Lənkəran” səhər məşqində əvvəlcədən planlaşdırılan proqram üzrə əvəzedici komanda ilə ikitərəfli oyun keçirib.

 

Sportal.az xəbər verir ki, 45 dəqiqə nəzərdə tutulan oyun 3:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatdı. Ehtiyat meydançada baş tutan görüşdə Junior Nildo dubl etməklə yanaşı yeni transfer Mbilla Etamedə ilk qolunu sınaq oyununda vurmuş oldu.

 

Axşam saatlarında "ağ-yaşıllar" daha bir məşqə çıxacaq.  

Xəbər xətti