"Xəzər Lənkəran"dan bəyanat

12:02 - 16 Avqust 2013

Komanda heç bir baş məşqçi ilə danışıqlar aparmır
 
"Xəzər Lənkəran"ın yeni baş məşqçi axtarışlarına başladığı haqqında xəbərlər yayılıb.
 
Sportal.az xəbər verir ki, Lənkəran təmsilçisi məsələyə münasibət bildirib. Klubun rəsmi saytında bu açıqlama yerləşdirilib:
 
"Son günlər KİV-də “Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edəcəyi ilə əlaqədar danışıqlar apardığı barədə informasiyalar dolaşır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, “Xəzər Lənkəran” Futbol Klubunun hazırkı baş məşqçı Con Bencamin Toşakla 2015-ci ilə qədər müqaviləsi var və klub rəhbərliyi sözügedən vəzifəyə təyinatla bağlı heç bir mütəxəssislə danışıqlar aparmır. Hazırda klubumuz transfer pəncərəsi bağlanana qədər maksimum səy göstərib müəyyən mövqelərə uyğun futbolçu keçidlərinin həyata keçirilməsi və məşqçilər korpusuna əlavə mütəxəssislərin cəlb olunması istiqamətində ciddi işlər aparır . “Xəzər Lənkəran” tanınmış mütəxəssis Con Toşaka inanır və onunla birgə qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirir".

Xəbər xətti