Messi La Liqanın I turunda forma geyinə biləcək?

01:33 - 17 Avqust 2013

Messinin zədəsi tam sağalıb
 
“Barselona”nın ulduz futbolçusu Lionel Messi kollektivlə birgə məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, argentinalı superulduzun əzələsindəki zədə artıq tam sağalıb və o, komanda ilə birgə məşq edir. Həkimlər Leonun həftəsonu “Levante” ilə La Liqa matçında iştirak edə biləcəyini bildiriblər.
İspaniya millisinin heyətində Ekvadorla görüşdə zədələnən qapıçı Viktor Valdes isə bərpa prosesi keçir. Topuq nahiyəsində zədəsi olan Dani Alveş və əməliyyatdan sonra bərpa prosesi keçən Karles Puyol isə fərdi məşq edir.

Xəbər xətti