"Xəzər Lənkəran"a heç bir şans vermədik" MÜSAHİBƏ

15:35 - 17 Avqust 2013

Anar Nəzirov: "Mənim üçün fərq etməz hansı komandadır"
 
 
"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun müsahibəsi
 
-“Sumqayıt” Premyer Liqaya yaxşı başlasa da, “Qarabağa” böyükhesabla məğlub oldu. “Xəzər Lənkəran”a və “Qarabağ”a qarşı oyunlar haqqında nə deyərdin?
-“Sumqayıt” klubu əsasən gənclərdən qurulmuş komandadır. Getdikcə öz oyununu tapacaq. Bizə vaxt lazımdır ki, stabil çıxış edə bilək.
 
-“Qarabağ”a böyükhesabla uduzdunuz. Qapınızdan 5 top buraxmağınıza səbəb nə idi?
-Dediyim ki, “Xəzər Lənkəran”a qarşı daha yaxşı çıxış etdik. Demək olar ki, onlara heç bir şans vermədik. Amma “Qarabağ”ıa tamam başqa oyun oldu. Bu dəfə rəqib bizə şans tanımadı. Həm də pz oyunumuzu tapmaq üçün vaxta ehtiyacımız var. Zədəli futbolçular da sıraya döndükdən sonra hər şey tamam başqa olacaq. 
 
-Sabah keçmiş komandana qarşı meydana çıxacaqsan. “Qəbələ”yə qarşı oynamaq nə hisslər yaradır səndə?
-Başqa oyunlara necə hazırlaşıramsa, “Qəbələ”yə qarşı da eyni cür hazırlaşıram. Çünki biz işimizə peşəkar yanaşmalıyıq. Fərq eləməz  qarşımızdakı “Neftçi”ir və ya “Qəbələ”dir. Hər bi oyuna ciddi hazırlaşmalıyıq.
 
-“Qəbələ” çempionata çox iddialı başlayıb. Bu oyundan nə gözləyirsən? Nəzərə alaq ki, keçmş komandan ilk iki turda “Bakı” və “İnter” kimi komandaları udub...
-Futbolda hər cür nəticələr olur. Həqiqətən də “Qəbələ” çox yaxşı formadadır. Komandada yaxşı futbolçular var. Çempionata da çox yaxşı başladılar. Amma bizdə də gənc və istəkli oyunçular toplaşıb. Meydanda əlimizdən gələni edəcəyik ki, rəqibə qarşı layiqli mübarizə aparaq və oyundan xalla ayrılaq.
 
-Milli komandanın oyunu haqqında nə deyərdin? Həvəskar futbolçulardan qurulmuş bir komanda üzərindəki qələbə İsraillə oyuna köklənməkdə sizə kömək edəcək?
-Hamı deyir ki, Malta həvəskar futbolçulardan qurulmuş komandadır. Bu komanda Türkiyə və Ermənistan millisini məğlub edib. Heç də zəif təsir bağışlamadılar. Düzdü, İsraillə Malta müqayisə olunası komanda deyillər. Amma Maltaya qarşı istəyimiz İsraildə də olsa, biz qalib gələcəyik. Yaxşı mübarizə aparmaq olar və inanıram ki, istədiyimiz nəticəni alacağıq.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti