"Əsas heyətdə müəyyən itkilər var idi"

00:34 - 18 Avqust 2013

Tərlan Əhmədov: "Gələcək oyunlarda da qələbəyə oynayacağıq"

 

“Neftçi”nin baş məşqçisiTərlan Əhmədov Premyer Liqanın III turunun “Simurq”la oyun haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları açıqlayıb:

 

“Oyunun ağır keçəcəyini bilirdik. 9 futbolçumuz milli komandaların düşərgəsində idi. Əsas heyətdə müəyyən itkilər var idi. “Simurq” müdafiədə və əks-hücumlarda yaxşı oynayır. Qələbə qazanaraq psixoloji səddi aşdıq. Gələcək oyunlarda da qələbəyə oynayacağıq".

Xəbər xətti