"Xəzər Lənkəran" əvvəlki komanda deyil"

01:11 - 18 Avqust 2013

Mahir Şükürov: "Layiqli nəticə qazandıq"

 

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Üç xal qazanmaq istəyirdik. İstədiyimiz oyunu göstərə bildik və layiqli nəticə qazandıq".

 

Bu sözləri "Neftçi"nin müdafiəçisi Mahir Şükürov "Simurq"la oyundan sonra Sportal.az -a açıqlamasında bildirib. Millimizin üzvü gələn tur qarşılaşacaqları "Xəzər Lənkəran" matçı haqqında fikirlərini bildirib:

 

"Gələn həftə "Xəzər Lənkəran"la qarşılaşacağıq. Rəqibimizə hörmətlə yanaşırıq. Düzdür "Xəzər Lənkəran" əvvəlki kimi deyil, amma onlarla oyun həmişə çətin olur. Biz Lənkəran səfəri tilsimini bu dəfə qıracağıq".

Xəbər xətti