"Xəzər Lənkəran" azarkeşləri bəyanat yaydı

02:17 - 19 Avqust 2013

"Caspian Ultras" fan klubu: "Qarabağ"ı dəstəkləməyə hazırıq"

 

 Premyer Liqanın III turu çərçivəsində keçirilən "Qarabağ" - "Xəzər Lənkəran" matçı böyük qalmaqala səbəb olub, "Xəzər Lənkəran" azarkeşləri "Qarabağ" azarkeşləri tərəfindən təhqir olunub.

 

 

Sportal.az xəbər verir ki, bu haqda “Xəzər Lənkəran”ı dəstəkləyən “Caspian Ultras” fan klubu   bəyanat yayıb:

 

“Xəzər Lənkəran” azarkeşi olaraq, “Qarabağ”a çox böyük hörmətimiz var. Həmişə də ev oyunlarımız zamanı onları hörmətlə qarşılayıb, hörmətlə yola salmışıq. Lakin bu gün Qarabağın və “Qarabağ”ın tarixindən xəbəri olmayan bəzi  “azarkeşlər”in bu iki klubun münasibətlərini korlamaq niyyəti başadüşüləndi. Səbəb göz götürməməkdir. “Xəzər Lənkəran”la təkbətək mübarizəni bacarmayanlar gücümüzü görüb “Qarabağ” azarkeşlərinin sıralarına daxil olmaqla, onlarına adından istifadə etməklə qanqaraçılıq saldılar. Lakin bütün bunlara baxmayaraq, biz məqsədimizdən dönən deyilik: Qarabağ həmişə bizə doğma olub, doğma da olacaq və lazım olduğu anda “Qarabağ”ı dəstəkləməyə hazırıq! Son qələbə münasibəti ilə də bu komandanı təbrik edirik. Hakim səhvi olsa da bununla onların qələbəsinə kölgə salmaq niyyətimiz yoxdur!"

Xəbər xətti