Toşakdan "Xəzər Lənkəran"a özəl məşq

00:12 - 21 Avqust 2013

"Xəzər Lənkəran" "Neftçi"ilə oyunun hazırlıqlarına başladı

 

 Premyer Liqanın IV turunda “Neftçi” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə qayıdaraq hazırlarına başlayıb.

Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” avqustun 20-də saat 13:30-də baza-otelə çatıb. Beş saatlıq istirahətdən sonra saat 18:30-da məşqə çıxan komanda “Böyük oyun”un hazırlıqlarına start verib.

Məşq zamanı diqqət çəkən məqam baş məşqçi Con Toşakın yetirmələrini həvəslə çalışdırması olub. Belə ki, çoxdan bəri yüngül məşqlərlə kifayətlənən uelsli çalışdırıcı bu dəfə 4-lük proqramı ilə hazırlığını təkrarlayıb.

Xatıradaq ki, Toşak özünün 4-lük proqramını ölkə kubokunun yarımfinal mərhələsində “Bakı” ilə keçirilən cavab oyunu öncəsi və kubokun finalına hazırlıqda keçirilən məşqlərdə tətbiq etmişdi.
 

Avqustun 20-də baş tutan hazırlıq prossesi də yuxarıda qeyd olunan məşqlərdəki kimi taktiki düzülüş, topsuz çalışmalar, ev tapşırıqları və fiziki çalışmalardan ibarət idi. Məşqin tam ortasında fiziki hazırlığı tətbiq edən Toşak bir də sonda eyni çalışmalarda futbolçuları yoxlayıb. Maraqlı alınan hazırlıq prossesi saat yarım davam edib. 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması 25 avqust saat 20:00-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.

Mənbə: 12cioyuncu.info
 

Xəbər xətti