Con Toşak: "Hamınız "Neftçi" ilə oyuna hazır olmalısız!"

12:51 - 21 Avqust 2013

"Xəzər Lənkəran" "Böyük oyun"a hazırlaşır

 

Dünən Lənkərandakı bazasında toplaşan “Xəzər Lənkəran” axşam məşqi ilə “Böyük oyun”un hazırlığına start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın IV turunda “Neftçi”ni qonaq edəcək komanda bu oyuna dönüş oyunu kimi baxır. Təsadüfi deyil ki, axşam məşqində Con Toşak yetirmələrini məşq ortasında iki dəfə fiziki çalışmalarla yorub, “Bazar gününə çox var və hamınız bu oyuna hazır olmalısız!” deyərək motivasiya etməyə çalışdı.

 

Bu gün “Xəzər Lənkəran” gün ərzində daha iki məşqə çıxacaq ki, səhər məşqini artıq yekunlaşdıran komandada qapı xətti istisna olmaqla zədəli futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Təkcə Duqlas Leyte və Orxan Sadıqlının zədələri davam edir və komandanın tibb korpusu hər iki futbolçunun bərpası üçün səylərini davam etdirir. 

Xəbər xətti