"Neftçi" ilə oyunöncəsi "Xəzər Lənkəran"da itki

15:08 - 21 Avqust 2013

Kamran Abdullazadə məşqlərdən kənarda qaldı
 
Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" itki ilə üzləşib. Sportal.az xəbər verir ki, komandanın gənc üzvü Kamran Abdullazadə xəstələndiyindən məşqlərdən kənarda qalıb.
 
"Qarabağ"la oyundan sonra komandadan ayrılan  Abdullazadə müalicə olunur. Futbolçunun nə vaxt heyətə qayıdacağı məlum deyil.

Xəbər xətti