Oyunçu Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına dəvət aldı
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək "play-off" oyunlarında iştirak edə bilər. Özbəkistan milli komandası İordaniya yığması ilə sentyabrın 6-da səfərdə, 10-da isə evdə qarşılaşacaq. Nasimov bu qarşılaşmalara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb.
saytlarin hazirlanmasi