Zəfər Öndər İpək: "Neftçi"yə verilən qırmızı səhvdir"

18:38 - 21 Avqust 2013

"Mendiyə qarşı edilən hərəkət penaltidir"

 

Türkiyəli sabiq referi Zəfər Öndər İpək Sportal.az üçün Premyer Liqanın 3-cü turunda baş vermiş epizodları təhlil edib:

 

1.”Qəbələ”li futbolçu üçün hakim tərəfindən verilən ofsayd qərarı yanlışdır. Top ötürüldüyü zaman hücumçu müdafiənin gerisindədir.

2. Hakimin davam qərarı doğrudur. Burda rəqib fubolçu əllə oynamıt. Top ələ dəyir. Həmçinin məsafə çox yaxındır. 

3. Burada təmiz penalti var. Hakim epizodu görür və penalti qərarını vermir.

4. “Sumqayıt”lı futbolçu əllə oynuyur. Davamında top “Sumqayıt”lı futbolçunun çiyninə dəyir. Əllə oynamaq yoxdur. “Qəbələ”nin futbolçusu Lorenso Ebsiliyonun rəqibə qarşı elədiyi hərəkət qayda pozuntusudur. Eyni zamanda burda sarı vərəqə olmalıdır.

5. Burdakı müdaxilə cərimə zərbəsidir. Ancaq müdaxilə cərimə meydançasının çölündədir. Hakimin qərarı doğrudur.

6. Bu epizod cərimə zərbəsidir..

7. Hakimin penalti qərarı qətiyyən doğru deyil. Heç bir qayda pozuntusundan söhbət belə gedə bilməz.

8. Sadio Tounkaraya qarşı edilən hərəkət qayda pozuntusudr. Hakim faul qərarı verir. Ancaq rəqib futbolçu tərəfindən Sadioya qarşı atılan topda futbolçunun pis niyyəti yoxdur. Amma yenədə sarı vərəqə verilməlidir.

1. Birinci epizodda AZAL-ın futbolçusu rəqibə qarşı qaydanı pozur və eyni zamanda qapıçının qollarının havada olmasına baxmayaraq ona da təmas edir. Hakimin qeydə aldığı qol yanlışdır.

2. Epizodda hücum edən futboçuya müdaxilə yoxdur. Davam qərarı doğrudur.

3. Burda da bayaqkı epizod kimi mesafə çox yaxındır. Hakimin qərarı düzdür.

4. Qapıçı rəqibə qarşı kobudluq etmir. Hakimin qərarı doğrudur.

1. Bu epizodda Taqim Novruzov kontrolsuz şəkildə Flavinyoya qarşı qaydanı pozur. Cərim zərbəsi və sarı kart olmalıdır.

2. Faul yoxdur, davam qərarı düzdür.

3. Burada hələ tam real qol şansı yaranmayıb. Epizoddan qapıya qədər olan məsafə çoxdur və Denis Silvanın hücumçuya yetişmək şansı var. Ona görə də qırmızı kart düzgün deyil. Sarı kart verilməlidir.

4. Burda futbolçu əllə oynayır. Əllə müdaxilə var.

5. Cərimə zərbəsi düzgün qərardır.

Xəbər xətti