Rednikin köməkçisi "Xəzər Lənkəran"da

23:20 - 24 Avqust 2013

"Xəzər Lənkəran" özünə fiziki-hazırlıq üzrə məşqçi tapdı

 

“Xəzər Lənkəran”a yeni mütəxəssis cəlb olunub. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı Ciovanni Melkiorre yenidən cənub təmsilçisinin fiziki-hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olunub. 

51 yaşlı Melkiorre “Xəzər Lənkəran”da tanış simadı. 

Belə ki, italiyalı məşqçi 2011-ci ildə “ağ-yaşıllar”da çalışıb. Melkiorre müxətlif illərdə Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra” və “Petrolul” klublarında çalışıb. Onun son iş yeri digər rumın klubu “ÇFR” olub.

Melkiorre ilə 2 illik müqavilə bağlanıb.

Xəbər xətti