Sadıq Sadıqov bu gün Lənkərana gedəcək
Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması üçün bu gün Lənkərana yola düşən paytaxt klubu artıq son məşqini də keçib.
Sportal.az xəbər verir ki, "Neftçi" dünən saat 20.00-da Lənkəran şəhər stadionunda məşq edib.
Qeyd edək ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov da Lənkərana yola düşüb və sabah keçiriləcək "Böyük oyun"u stadionda canlı izləyəcək.
saytlarin hazirlanmasi