Super Mario qayıtdı FOTO

20:15 - 25 Avqust 2013

Souza stadionu coşdurdu

 

“Xəzər Lənkəran” tarixinin ən uğurlu legionerlərindən olan braziliyalı Mario Souzanın cənub klubuna qayıtdığnı xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, Ağasəlim Mircavadovun dönəmində Lənkəran təmsilçisinə cəlb olunan Mario bundan sonra cənub klubunda seleksiyaçı məşqçi funksiyanı yerinə yetirəcək.

O, qayıdışından sonra bu gün ilk dəfə cənublu azarkeşlərin qarşısına çıxıb. Bu “Xəzər Lənkəran” – “Neftçi” oyunundan öncə meydançaya çıxıb.

Marionun Lənkərana qayıdışı na azarkeşlər çox seviniblər. Belə ki, oyunu izləmək üçün stadiona toplaşmış azarkeşlər Marionu böyük coşqu ilə qarşılayıblar. Belə ki, Lənkəranda Mario, Mario sədaları ucalıb.

Braziliyalı veteran futbolçu da onların bu sevgisini cavabsız qoymayıb. Stadionda əllərini havaya qaldıran və daha sonra sağ əlini ürəyinin üzərinə qoyan futbolçu azarkeşlərin sevgisinə belə cavab verib.

Xəbər xətti