Con Toşak: "Hakimlər məni məyus etdi"

22:08 - 25 Avqust 2013

"Qələbəyə biz layiq idik"

 

"Yaxşı mübarizə oldu. "Neftçi"nin yaxşı komanda olduğunu bilirik. Əgər 90 dəqiqəni müzakirə etsək, qələbəyə layiq biz idik. Qol epizodlarımız çox oldu ancaq bəxtimiz gətirmir. Rəqibə qol vurmaq üçün şans da vura bilmədik."

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak "Neftçi" ilə oyundan sonra bildirib. O, komandaya yeni oyunçuların qoşulacağını da açıqlayıb:

 

"Xəzər Lənkəran"ın uğur qazanması üçün çalışmaq lazımdır. Artıq yeni futbolçular da gələcək. Hələ çempionatın əvvəlidir, heç nə bitməyib. "Neftçi"nin bəxti gətirdi ki, bir xal qazandılar. Hakimlər məni məyus etdi. Hakimlərlə problemim yoxdurŞ amma hakimlərin səviyyəsindın razı qalmadım"

Xəbər xətti