Höccət Hacıyev: "Futbola ləkə gətirən amillər bunlardır"
Olaylı matçdan sonra ilk rəsmi açıqlama verildi.
Sportal.az xəbər verir ki, dünən başa çatan "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra cənub komandasının icraçı direktoru və Lənkəran Şəhər Stadionun rəhbəri Höccət Hacıyev açıqlamalar verib:
"Bu qalmaqalın təməli Bakıda qoyulub. O vaxtkı oyunda Saşa Stemonkoviçə hakim cəza versəydi, bu gün bu hadisələr bu yerə gəlib çıxmazdı. Azarkeş böyük qüvvədir, onların qarşısını almaq olmaz. Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi. Bu gün də onlar həmin jestin qarşılığını veriblər.Çox təəssüf edirəm ki, belə bir hal yaşanır. Futbola ləkə gətirən amillərdi bunlar".
futbol11.az
saytlarin hazirlanmasi