Sadıq Sadıqov: "Olanlar gözlənilən idi"
“Neftçi” prezidenti Sadıq Sadıqov Lənkəranda keçirilən oyundan sonra baş verənlərdə öz komandasının azarkeşlərini günahkar bilib.
Sportal.az xəbər verir ki, prezident baş verən gərginliklərdən sonra “Neftçi” azarkeşləri ilə danışıb. “Sizə bü gün bura gəlməməyiniz barədə xəbərdarlıq etmişdik. Bu gün olanlar gözlənilən idi. Nahaq gəldiniz.”
Daha sonra “Xəzər Lənkəran” azarkeşləri barədə də fikir bildirən Sadıqov onların təhqiramiz sözlərinin yolverilməz olduğunu bildirib.
“Ana hər millətin nümayəndəsi üçün müqəddəsdir. Azarkeşlər nahaq yerə ana söyüşü işlətdilər”
saytlarin hazirlanmasi