"Xəzər Lənkəran"lı futbolçu Azərbaycan yığmasına yer qazandırdı

12:34 - 26 Avqust 2013

Hər iki qələbə qoluna 16 yaşlı forvardı imza atdı
 
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə Azərbaycanın U-17 milli komandası III yeri tutub.
 
Sportal.az xəbər verir ki, III yer uğrunda dünən keçirilmiş qarşılaşmada yığmamız "Xəzər Lənkəran"ın yetirməsi Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.
 
Qeyd olunan turnirdə Azərbaycan millisi iki 1:0 hesablı qələbə qazanıb, və hər iki qələbə qoluna 16 yaşlı forvard imza atıb. 

Xəbər xətti