Beynəlxalq turnirdə "Neftçi" 3-cü yer tutdu
28 may – 3 iyun tarixləri arasında Tiblisidə 2003-cü illər arasında Gürcüstanın futbol federasiyasının sabiq prezidenti Nodar Axalkadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanı Tural Kərimovun başçılıq etdiyi “Neftçi” klubu təmsil edib. Sevindirici haldır ki, turnirdə “Neftçi”nin heyətində yarımmüdafiəçi Nasir Ağalarov 6 qolla bombardir olub.
Qeyd edək ki, 2003-cü illər arasında keçirilmiş turnirdə “Neftçi” 3-4-cü yerlərə layiq görülüb.
saytlarin hazirlanmasi