"Bu gün çempionatdakı ən yaxşı oyunumuzu göstərdik"

00:55 - 27 Avqust 2013

Zohair Benouhi: "Əgər pis oynasaq..."
 
"Bu gün çempionatdakı ən yaxşı oyunumuzu göstərdik. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqibimizin bəxti gətirdi".
 
Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Zohair Benouhi "Neftçi" ilə oyundan sonra Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin gələn tur qələbə üçün hər şey edəcəklərini də bildirib.
 
"Artıq neçə oyundur bəxtimiz gətirmir qələbə qazana bilmirik. Yaxşı futbol nümayiş etdiririk. Əgər pis oynasaq, o sayda qol epizodu yarada bilmərik. Bu bəxtsizliyə "Qəbələ" ilə oyunda son qoyacağıq" 

Xəbər xətti