"Xəzər Lənkəran"ın yeni transferi bu gün Azərbaycana gələcək

01:45 - 27 Avqust 2013

Hüseyn Cəbrayıloğlu: "Daha bir futbolçunu heyətimizə qatacağıq"

 

"Deyvid Sakkoni bu gün Bakıya gələcək və yəqin ki,  sabah onunla müqavilə imzalayacağıq".

Bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin daha bir futbolçunun heyətə qatmaq istədiklərini dilə gətirib:

 

"Çalışacağıq ki, daha bir futbolçu heyətimizə qataq. Heyətdən uzaqlaşdırılan 4 futbolçunun yerinə transferlərin həyata keçirilməsi üçün klub prezidentinin göstərişi var idi. Artıq 3 transfer baş tutub. Ümid edirik ki, transfer pəncərəsi bağlanana kimi daha bir oyunçunu heyətimizə qatacağıq"

Xəbər xətti