Babək Quliyevin beş il öncə dediyi sözlər indi öz əksini tapır

11:00 - 27 Avqust 2013

"Xaqani Məmmədov hakim əvəzinə bostanda qarpız yetişdirir"
 
Babək Quliyev 5 il bundan qabaq belə söz demişdi ki, Xaqani Məmmədov hakim əvəzinə bostanda qarpız yetişdirir.Bu çempionatın 6 hakimli olması hakimbaşının başına bəla oldu.Hər dəfə mükəmməl hakimlər yetişdiriyini deyən Məmmədov bu çempionatda hakim tapmır.Bir turda 3 oyuna 1 hakim göndərməyi fiaskodur.Hakimlər Komitəsinin lazımsız sədri qarpızyetişdirmə üzrə mütəxssisdir.Işlədiyi orqanda heç bir iş görməyən Məmmədov gecələr Zirədə qarpız əkir.Gecələr yatmayan Məmmədov səhər yuxulu halda qarpızla hakimləri səhv salır.
 
Deyir, yetişdiririk,hamı qınayır.Ey əhli futbol! Xaqani düz deyir.Kişi yetişdirir də. Ha qarpız,ha hakim. Azərbaycan hakimlərinin səviyyəsi elə bəllidir.Çempionatda 4 tur keçsə də, kifayət qədər hakimlərdən narazılıqlar var.Təkcə cəzalandırlan Rəhim Həsənovdur.O da verdiyi biabırçı penaltiyə görə. Xaqani Məmmədov danışdıqca batır. Yetişdirdiyi qarpızlarla hakimi səhv salan hakimbaşı nəyə lazımdır? Azərbaycan futbolunun inkişafından danışan futbol rəhbərlərinin Xaqaninin bostanlarından xəbəri yoxdur.Hakimbaşı gəlib rəhbərlərə and içir ki, yetişdiririk.Görəsən soruşan varmı ki,ey hakimbaşı nə yetişdirirsən? Burdan rəhbərlərinə səslənirəm ki, Xaqanini İzləyin, görün nə yetişdirir? Cənab Rövnəq Abdullayev, bir çempionatdakı biabırçılığa baxın.Oyunlara göndərilməyə hakim tapmayan futbolumuz hara gedir?İnkişafamı gedir? Biz necə inkişafdan danışaq?
 
P.S: Bütün Sabiradda qarpız yetişdirənlərin nəzərinə! Xaqani Məmmədovdan məsləhət alın.Ziyana düşməssiniz.
 
P.P.S. 4 il əvvəl Premyer Liqadakı oyunları idarə etmək üçün 12-14 hakim var idisə, hal-hazırda cəmi 5-6 hakim var. Azərbaycan futbolunun inkişafı göz qabağındadır.
 
Yusif HÜSEYN

Xəbər xətti