"Xəzər Lənkəran" azarkeşləri AFFA-ya etiraz etdi

17:20 - 27 Avqust 2013

Ramal Novruzov: "Belə qərar olmaz"
 
"Bu oyunu böyük edən bizik. Bu qərar biz həvəsdan salmır. Həmişəki kimi yenə də Lənkəranda azarkeş kütləsi olacaq. Böyük fanat ordusu yenə "Neftçi" ilə oyunda komandanı dəstəkləyəcək".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Caspian Ultras" fan-klubunun rəhbəri Ramal Novruzov deyib. Novruzov paytaxtda keçiriləcək derbinin maraqsız olacağını bildirib:
 
"Paytaxtda keçirilən derbi maraqsız olacaq. Azarkeş olmayacaq. Ona görə də AFFA nizam-intizam komitəsi belə qərar verməməliydi. Biz bu qərara etiraz edirik. Bu necə olur ki, qonaq komanda səfərdə azarkeşsiz oynayacaq?".
 
Qeyd edək ki, bu gün AFFA Nizam-İntizam komitəsi "Xəzər Lənkəran" və "Neftçi" arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin iştirak etməyəcəyi haqqında qərar verib.

Xəbər xətti