İspaniya mətbuati "Xəzər Lənkəran"dan yazdı

03:26 - 28 Avqust 2013

Keçmiş "Barselona"lının Azərbaycana gedişi

 
İspaniya mətbuatı keçmiş "Barselona"lı, son iki mövsümdə "Saraqosa"nın da şərəfini qoruyan Edu Oriolun "Xəzər Lənkəran"a keçidini yazıb. Məqalədə qeyd olunur ki, İspaniya La Liqasından üz çevirib Lənkərana gedən futbolçuya orda tanış simalar da var. Baş məşqçi Con Toşak, qapıçı Toni Doblas (artıq komandanın üzvü deyil) müdafiəçi Alvaro Silva və məşqçi Aleksis Plaza.  Yazıda həmçinin "Xəzər Lənkəran"ın önəmli bir komanda olduğu da qeyd olunub.
 
Qeyd edək ki, "XL" Edu ilə dünən iki illik müqavilə imzalayıb. 

Xəbər xətti