"Xəzər Lənkəran" "Qəbələ" üçün başladı

05:09 - 28 Avqust 2013

Duqlas Leyte sıraya geri döndü

 

Premyer Liqanın IV turunda keçirilən “Böyük oyun”dan sonra bir günlük sərbəst buraxılan “Xəzər Lənkəran” komandası istirahətini yekunlaşdıraraq doğma şəhərdə toplanıb.

 

Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” dünən, avqustun 27-də saat 18:00-da baza-otelin iclas zalında komandanı qısa yığıncağını keçirib. 

“Neftçi” ilə qarşılaşmada qurulan taktiki sxemin dəyişilərək “Qəbələ” ilə matça uyğun qurulmasınının sxemini nəzəri cəhətdən futbolçulara anladan Con Toşak sonradan komandanı ehtiyat meydançada məşqə çıxarıb. Hazırlıq prosesi əsasən fiziki çalışmalardan ibarət olub. Avqustun 25-də baş tutan “Böyük oyun”da “Neftçi”nin futbolçusu Araz Abdullayev tərəfindən kobudluğa məruz qalaraq zədələnən Mbilla Etame fərdi məşqlə kifayətlənib. Braziliyalı qapıçı Duqlas Leyteni isə artıq zədəsini sağaldaraq komanda ilə birgə məşqlərə başlayıb.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın V turu çərçivəsində avqust ayının 31-də səfərdə “Qəbələ” klubunun qonağı olacaq.

 12cioyuncu.info
 

Xəbər xətti