Adrian Pit yenidən "Xəzər Lənkəran"a qayıdır

12:23 - 28 Avqust 2013

Futbolçu klub rəhbərliyi ilə görüşəcək
 
Bir müddət öncə “Xəzər Lənkəran”dan göndərilən futbolçular sırasında yer alan Adrian Pit yenidən Azərbaycana qayıdır.
 
Bu barədə rumın futbolçu Sportal.az-a özü məlumat verib. Pitin sözlərinə görə, o, ayın 30-u Lənkərana gedəcək və klub rəhbərliyi ilə görüşüb bəzi məsələlərə aydınlıq gətirəcək. Görüşün sonunda Pitin “Xəzər Lənkəran”da qalıb-qalmayacağı və ya başqa bir kluba keçəcəyi bəlli olacaq.  

Xəbər xətti