Deyvid Sakkoni rəsmən "Xəzər Lənkəran"da FOTO

13:12 - 28 Avqust 2013

Futbolçu ilə bir illik müqavilə imzalandı
 
"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunu heyətinə cəlb etdi.
 
Sportal.az klubun rəsmi sytına istinadən xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün "ağ- yaşıllar"ın sıralarına qoşuldu.
 
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib. 
 
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb. 
 

Xəbər xətti