Kasilyas "Real"ı tərk etməlidi

14:49 - 28 Avqust 2013

"Marka" sorğunun nəticələrini açıqladı
 
İspaniyanın məşhur “Marka” qəzeti marca.com saytında “Real”ın əsas heyətində yerini itirən İker Kasilyas haqqında sorğu keçirib.
 
Sportal.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, sayt oxucularının əksəriyyəti Kasilyasın “Real”ı tərk etməsinə üstünlük verib. Daha doğrusu, respondentlərin 73 faizi bu yöndə səs verib. Onların fikrincə, əgər qolkiper Braziliyada keçiriləcək dünya çempionatına getmək istəyirsə, bu barədə fikirləşməli və komandadan uzaqlaşmalıdı. 
 
Joze Mourinyo ilə problem yaşadığından daim ehtiyat oyunçular arasında oturan Kasilyasa yeni baş məşqçi Karlo Ançelotti də sahib çıxmayıb. Belə ki, italiyalı mütəxəssis də seçimini Dieqo Lopes üzərində saxlayıb. 
 
Qey edək ki, sorğuda 56 min sayt istifadəçisi iştirak edib.  

Xəbər xətti