Flavinyo: "Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik"
Bu gün Azərbaycan futbolu üçün tarixi gündü. Sportal.az xəbər verir ki, “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından düz 1 il ötür.
Flaqman məhz ötən il avqustun 30-da Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. Komandanın aparıcı yarımmüdafiəçisi Flavinyo da bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“APOEL-lə oyun yaxşı yadımdadı. Evdə heç-heçə oynasaq da, Kiprdə qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. “Neftçi” qrupda da yaxşı təsir bağışladı. Milanda “İnter”lə bərabərə qalmaq asan məsələ deyil. Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik. Qismətə bax ki, bir il bundan qabaq elə bu tarixdə bizə məğlub olan APOEL bu dəfə bəxtin hesabına qrupa düşdü. Öz günahımız ucbatından bu mövsüm avrokuboklarla erkən vidalaş
saytlarin hazirlanmasi